“Notes Gastronomy&Bar” Avropaya aid müəllif mətbəxlərinin ənənəvi dadlarla birləşdiyi qastronomik məkandır.
"Notes" brend aşpazımız Mark Şah Əkbərinin kulinariya təcrübəsini, onun vərdiş etdiklərimizə yeni baxış bucağından nəzər yetirmək, eksperiment etmək və təəccübləndirmək bacarığını öz qonaqları ilə bölüşür.
Layihənin aparıcı dizaynerləri Maya Qrebenşikova və Yelena Pikovskayadır (“Romb Design” dizayn bürosu). İnteryer fransız bistrosu və rahat Avropa restoranının vəhdətini yaradaraq, özündə eleqant klassika ilə müasir aksentləri birləşdirir. Beləliklə, bütün zamanların nəbzini tutan interyer yarandı.
Layihənin baş barmeni Vasiliy Jeqlov “Notes”un bar tarixini üç istiqamət üzrə təqdim edir: Aperitives & Breakfast / Fresh & Sour / Dessert & Strong Digestives.
"Notes" baş şirniyyatçı ustası Qiqa Cobavanın rəhbərliyi altında bizim çörək və qənnadı seximizdə hazırlanan evsayağı qənnadı məmulatları, pirojnalar və özəl şirniyyatların zəngin çeşidini təklif edir.
“Notes”da nəinki səhər yeməyinə gələ bilərsiniz, hətta işgüzar tərəfdaşlarla görüş keçirib axşamı isə gərgin iş günündən sonra romantik şam yeməyi ilə başa vura bilərsiniz.
Azkalorili pəhrizə riayət edənlər üçün "Notes"un menyusunda müxtəlif salatlar, qlütensiz və qarabaşaqlı çörəklər, həmçinin bəzi desert növləri təqdim olunur.
Qonaqlarımızın şəhərin mərkəzində rahat atmosferə qərq olmaları, eyni zamanda səs-küydən və təlaşdan uzaqlaşmaları üçün biz bu məkanı xüsusi etməyə çalışdıq. Sizi Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov 41 ünvanında gözləyirik.