«Notes»un brend aşpazı Mark Şah Əkbəri ətrafa müsbət enerji yayan qastronomik virtuozdur.
“Le Cordon Bleu” kulinariya məktəbinin məzunu və “Chefs Team Russia” Milli aşpazlar Gildiyasının üzvü olan Mark tərəvəzləri çox sevir və əmindir ki, gələcəkdə onların istifadəsi daha da geniş yayılacaq.
Baş aşpaz Teymur Zeynalov.
O, Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvüdür.
Teymur kulinariya bilicisi və istedadlı təşkilatçıdır. «Notes»un mehriban aşpazlar komandası məhz onun rəhbərliyi altında çalışır.
Qiqa Cobava - «Notes»un baş şirniyyatçısı. Yaraşıqlı və xarizmatik Qiqa gözəl zövqə malikdir.
O, Gürcüstan Kulinariya Assosiasiyasının üzvü, Michelin Bələdçisindən iki ulduz almış «Twins Garden» (Moskva) restoranı da daxil olmaqla, bir çox uğurlu layihələrin iştirakçısıdır.
Vasiliy Jeqlov - «Notes»un barının ideya müəllifi, yaradıcı insan və minimalizm tərəfdarı.
«Restoran biznesi üzrə Palma budağı» mükafatına görə 2021-ci ilin bartenderi seçilən Vasiliy qonaqlarımızın ağız dadına uyğun içkilər hazırlayır.